HƏMAS ABŞ-ın atəşkəs təşəbbüsü ilə razılaşdı – KİV

HƏMAS ABŞ-ın atəşkəs və köçkünlərin tədricən geri qaytarılması təşəbbüsü ilə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə HƏMAS nümayəndə heyəti sazişin detallarını müzakirə etmək üçün Qahirəyə gedəcək.

“Biz ABŞ-ın atəşkəsi və köçkünlərin tədricən geri qayıtmasını nəzərdə tutan təşəbbüsü ilə razılaşdıq”, – mənbə bildirib.

Telekanalın məlumatına görə, HƏMAS Qəzzada uzunmüddətli atəşkəsə nail olmaq üçün beynəlxalq təklif alıb. Bu təklif İsrail həbsxanalarındakı uşaq, qadın və qocaların azad edilməsini nəzərdə tutur.

Xatırladaq ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari Ramazan ayına qədər atəşkəs barədə razılıq əldə etmək üçün vasitəçilərin səylərini ikiqat artıracağını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az