Nazirlik əhaliyə virusla bağlı müraciət etdi

Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır.

Globalinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib. O bildirib ki, tədrisin başlaması ilə havaların soyuması eyni vaxta düşdüyü üçün belə qeyd edilən mühitlərdə yoluxma halları artır:

“Tez-tez burun tutulması, burunaxması, boğazın qıcıqlanması, ağrıması virusa yoluxmanın ilkin əlamətlərindəndir. Bu orqanizmin müdafiə funksiyasıdır. Orqanzim selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə büruzə verir. Bütün viruslar qızdırma vermir. Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”.