Siyasi partiyalarla bağlı yeniliklər olacaq

Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi 2 dəfə azaldılır.

Globalinfo.az bildirir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi.

X X X

Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək.

Globalinfo.az bildirir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.