
“Ermənistan öz suverenliyini və müstəqilliyini müdafiə edir. Dövlət aldadılanda, xəyanətə uğrayanda bunu qeydə alır və ucadan münasibət bildirir. Nə iləsə razılaşmayanada da yüksək səslə cavab verilir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, hər problemdə bir ölkə ilə münasibətlərin tamamilə kəsilməsinin doğru olmadığını bildirib:
“Bizim 2020, 2021, 2022, 2023, 2024-cü illərdə baş verənlərə münasibətimiz eyni qalır. Həmçinin KTMT ilə bağlı fikrimiz və suallarımız da eynidir. Təşkilatla bağlı vəziyyətə yenidən baxılacağını düşünmürəm. Hazırda bir sıra üzv ölkələrlə münasibətlər davam edir. Biz heç nəyi nəzərdən keçirməli deyilik. KTMT özü vəziyyətə təkrar baxmalıdır”.
Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin düzəlməsi üçün xüsusi tapşırıq verdiyinə dair iddiaları təkzib edib.
Əliyar Xəlil
Globalinfo.az