“Ermənistan və “artsax” parlamentlərarası komissiyası ləğv edilməlidir, artıq oradan olan şəxslərin səlahiyyətləri yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan payız sessiyasının ilk iclasında deyib.
Simonyan iki rəsmi tərəf arasında görüşün mümkün olduğunu, lakin hazırda “artsax”ın mövcud olmadığını bildirib:
“Biz bu komissiyanın ləğvini ciddi şəkildə müzakirə etməliyik. Çünki artıq “artsax rəsmisi” deyə bir şey yoxdur. Ermənistanda heç kim belə bir statusa malik deyil. Komissiyanın rəhbəri kimi iclas çağırmalı olsam, kiminlə müzakirə aparacağımı bilmirəm. Hətta “artsax prezidenti” statusu da ləğv edilib”.
Ayşən Mustafa
Globalinfo.az