Azərbaycanlılar Ermənistana köçə bilər – İrəvandan anons

“Ermənistan üçün Qarabağ məsələsi yoxdur. Bizim üçün əsas olan Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Qarabağ məsələsi həll olunub?” sualı nə məna verir? Bizim üçün artıq belə bir sual yoxdur. Vaxt gələcək, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. İki xalq arasında ticarət əlaqələri qurulmalıdır.

İstisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, müəyyən müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”, – Simonyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az