
Şimali Koreyada 3 nəfər ölkədən qaçmağa cəhd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Deili Meil” nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər yaşadıqların kəndin qarşısında güllələnib:
“Məhkum olan Kim adlı iki qardaş və onların dostu Ri qaçmağı planlaşdırmaq üçün aylar sərf ediblər. Yanvarın 6-da onlar kiçik bir qayıq almaq üçün cüzi əmanətlərini birləşdiriblər. Lakin Cənubi Koreyaya çatmaq üçün qalın duman içində üzməli olublar. Balıqçı qayığını köməyə çağırdıqlarını düşünsələr də, Şimali Koreya patrul gəmisi tərəfindən tutulublar. Onlar edam olunmazdan əvvəl “vətən xaini” adlandırılıblar. 30 yaşlarında olan vətəndaşlara 90 güllə atılıb. Cəsədləri isə sakinlərin gözü qarşısında yandırılıb”.
Günay Rəsulqızı
Globalinfo.az