Röya atışmanın baş verdiyi məkanda olub: konserti imiş – VİDEO

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” kompleksində silahlı insident baş verib. 

Globalinfo.az-ın məlumatına görə, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Xalq artisti videomüraciət yayaraq onunla maraqlanan sənət dostlarına təşəkkür edib və yaxşı olduğunu deyib.

Ətraflı videoda: