Şikayətə gedən tanınmış vəkil qəzada öldü

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Cəbrayıl Nozuhur iyulun 14-də avtomobil qəzası nəticəsində həyatını itirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə təbrizli vəkillər Sina Yusifi və Negin İyani məlumat yayıblar.

Məlumatda Cəbrayıl Nozuhurun Vəkillər Kollegiyasında baş verən qanunsuzluqlar və vəkillərə təzyiqlərlə bağlı Tehrana şikayətə getdiyi vaxt Qəzvin əyalətinin Abyek bölgəsində şəxsi avtomobilinin vurulduğu qeyd edilib.

Təbrizli vəkillər, xüsusilə, son vaxtlar repressiya qurbanlarının müdafiəsi ilə məşğul olan azərbaycanlı vəkillərə, o cümlədən Cəbrayıl Nozuhura qarşı təzyiqlərin artdığı bir vaxtda onun avtomobil qəzasında ölməsini şübhəli hesab ediblər.