Donbas uğrunda döyüş, çox güman ki, son və ən dəhşətli mərhələsinə qədəm qoyur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hərbi xronika” teleqram kanalı məlumat yayıb. Nəşr qeyd edir ki, proqnozlarla müqayisədə müəyyən gecikmə olsa da, döyüşün kulminasiya mərhələsi başlayıb.

Müşahidəçilər qeyd edirlər ki, Rusiya qoşunları Slavyanskdan 15 kilometr aralıda yerləşən Piskunovka kəndinə yaxınlaşıblar, lakin qətiyyətli hücuma keçmək üçün əvvəlcə su maneəsini – Severski Donetsk çayını keçməlidirlər.

“Hazırda həmin ərazidə şiddətli döyüş gedir. Ordu buraya cəmlənib. Bu, mübarizənin son mərhələsinin başladığı deməkdir”, – məlumatda qeyd olunur.

Daha əvvəl Rusiya ordusunun Krasnı Liman ərazisində irəliləyişi barədə məlumatlar yayılıb. Donetsk rəhbəri Denis Puşilin hazırda bu şəhərdə küçə döyüşlərinin davam etdiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: