VID 20260910 122349 00.01.27.301

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.

Globalinfo.az bildirir ki, müvafiq qrafikə uyğun olaraq Qarayazı qəsəbəsində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

VID 20260910 122349 00.16.29.895 VID 20260910 122349 00.19.47.192 VID 20260910 122349 00.21.47.272 VID 20260910 122349 00.23.41.734

Paylaş: