
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, günün ikinci yarısından etibarən paytaxt və ətraf ərazilərdə güclü yağışın yağacağı gözlənilir.
Bununla yanaşı, sosial şəbəkələrdə yayılan görüntülərdə Azərbaycanın bir sıra rayonlarında yağıntılı hava şəraitinin hökm sürdüyü əks olunub. Belə ki, Qubanın bəzi ərazilərinə qar yağıb, Qusarda isə intensiv yağış başlayıb.
Görüntüləri təqdim edirik:
Saura Bənnayeva
Globalinfo.az