Səudiyyə İsraillə danışıq şərtini açıqladı

Səudiyyə Ərəbistanı yalnız Fələstin dövlətini tanıdığı və qoşunlarını Qəzza zolağından çıxaracağı təqdirdə İsraillə diplomatik münasibətləri normallaşdıracaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Krallıq ABŞ administrasiyası ilə 1967-ci il sərhədləri və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti tanınmadan, habelə İsrailin Qəzzada təcavüzünə son qoyulmadan Təl-Əvivlə diplomatik münasibətlərin olmayacağına dair qəti mövqeyini müzakirə edib”, – məlumatda bildirilib.