Rusiyanın paytaxtı Moskvada rusiyalı zabitə məxsus maşını partlatmaqda şübhəli bilinən şəxs Türkiyənin Bodrum şəhərində yaxalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.
Xatırladaq ki, bu gün Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə bölməsinin rəis müavini Andrey Torqaşova məxsus maşın partladılıb, nəticədə hərbçi və xanımı ağır xəsarət alıb.