Sərhəddə gərginlik və erməni müdafiə nazirinin müəmmalı addımı…

 

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfərin müddəti və məqsədi barədə açıqlama verilməyib.

Xatırladaq ki, Fransa xüsusilə son dövrlərdə Ermənistanı silahlandırmaqla bağlı müəyyən təşəbbüslər irəli sürərək regionda destruktiv mövqe tutur. Sərhəddə vəziyyətin gərginləşdiyi bir vaxtda belə bir səfərin baş tutması təəccüblü görünür.

Tahir Turan
Globalinfo.az