1682192259.1679133848 64144ff5a712564144ff5a7126167905278964144ff5a712364144ff5a7124

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

Həmçinin ikitərəfli və regional məsələlər müzakirə olunub.

Xarici işlər nazirləri telefon danışığında İran və Türkiyə prezidentlərinin salamlarını və təbriklərini çatdırıblar.

Paylaş: