“Azərbaycan kəşfiyyatçılarının ötən gün Sünik vilayətinin (Zəngəzur – red.) Dığ kəndində Ermənistan tərəfinə keçdiyinə dair məlumatlar həqiqəti əks etdirmir”.
Globalinfo.az xəbər verir ki, bunu Dığ bələdiyəsinə bağlı Aravus icmasının keçmiş rəhbəri Arqam Hovsepyan deyib.
O, Azərbaycan əsgərlərinin Dığda Dzor məbədinin divarlarına yazı yazdıqlarına dair yayılmış iddia və görüntünün yalan olduğunu bildirib:
“Həmin ərazi bizim vadidədir, ziyarətgahdır. Orada qurbankəsmə ayini icra edirik. Azərbaycan əsgərlərinin məbədə gəlib divara yazı yazdıqlarına dair məlumatlar həqiqəti əks etdirmir. Görüntüləri izləmişəm, onlar bizim insanlara bənzəyirlər. Ola bilsin, kimsə içkili olub, divara yazı yazıb.
Hazırda Dığ kəndində sakitlikdir. Həm bizim, həm də Azərbaycanın tərəfində mühəndislik işlər aparılır”.
Ayşən Mustafa
Globalinfo.az