1680079398 irevan1

Ermənistan İctimai Radiosunda yayımlanan “Radilur” proqramının yayım otağındakı saatlar Bakı və Ankara vaxtına uyğun tənzimlənib. 

Globalinfo.az xəbər verir ki, bu barədə 44 günlük müharibədə məhv edilən erməni terrorçu Davit Gevorqyanın anası Alisa Gevorqyan paylaşım edib.

Onun paylaşdığı fotoda üç ayrı saatın olduğu, İrəvanla yanaşı, Tbilisi, Moskva, Bakı və Ankara vaxtları da görünür.

A.Gevorqyan bunu 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən antiterror əməliyyatlarının ildönümündə ermənilərə “sürpriz” adlandırıb.

image 750x 66ebb613a8338 1   image 750x 66ebb613a8338 1 1

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: