TƏCİLİ: Separatçılar Ağdam-Əsgəran yolunu bağlayıb – FOTO / VİDEO

18:05

Qarabağdakı separatçılar, Ruben Vardanyanın təşəbbüsü ilə həyata keçiriliyi deyilən “aksiya”nın üzvləri Ağdam-Əsgəran yolunu bağlayıblar. 

Globalinfo.az xəbər verir ki, onlar yola beton plitələr düzüb, yol boyunca hərəkətə mane olmağa çalışırlar.

Məsələ ilə bağlı yayılan görüntülərdə bu kimi məqsədlər üçün uşaqlardan istifadə etməkdən çəkinmədikləri görünür. Separatçılar yolu bağlayaraq humanitar daşımaların qarşısını almağa çalışdıqlarını bildirirlər.

Qeyd edək ki, bu bir daha Qarabağda ermənilərin “humanitar böhran” şousunun planlanmış bir tamaşa olduğunu təsdiqləyir.

***

Videoya diqqət edək:

– Çəkiliş tam bir filmi xatırladır: kadrların dəyişməsi, kameranın manevrləri, çəkiliş istiqaməti burda “estetik rejissor işi” aparıldığını deməyə əsas verir. Hansı real aksiyada kameralar etirazçıların ayaqları altına qoyulur və yaxud onların sıra ilə düzülməsi, kadrdan keçidləri bu qədər nizam-intizamlı ssenariləşdirilir?

– Yeniyetmələrdən istifadə edilir, kadr arxasında gizlənən separatçı-terrorçular arvadları yeniyetmələrin və kameraların önünə çıxarıb, təbliğat nitqi söylədir;

– “Qarabağ sakinlərinin Ağdam-Əsgəran yolunu bağladığı” bildirilir. Hansı sakində kran, yük maşını və yollara düzmək üçün beton plitələr var? Erməni separatçılar ənənəvi olaraq uşaq və yeniyetmələrdən sui-istifadə edir

Ayşən Mustafa
Globalinfo.az