SEPAH komandiri qəza yerinə getdi: Fövqəladə iclas keçirilir

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Baş Komandanı, general-mayor Hüseyn Salami Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Qəzadan sonra SEPAH-ın baş komandanı və bir qrup komandiri işi araşdırmaq,  axtarışların sürətləndirilməsi üçün koordinasiyanın təşkili ilə bağlı əraziyə şəxsən gedib.

Hazırda qəzanın baş verdiyi ərazidə bir qrup nazir, SEPAH-ın baş komandanı, ölkənin vitse-prezidenti və bir neçə məmurun iştirakı ilə böhran qərargahının iclası keçirilir.

Ayşən Mustafa
Globalinfo.az