4598760

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Məhəmməd Baqiri və bir neçə yüksək rütbəli zabit Azərbaycan Respublikası ilə sərhəddə olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Onlar Naxçıvanla yaxınlıqda yerləşən hərbi hissələrin vəziyyəti ilə tanış olublar.

Baqiri bildirib ki, səfərin məqsədi sərhəddə passiv müdafiənin vəziyyətini yoxlamaqdır.

Sərhədçilərlə görüş zamanı onların “hər an döyüşə hazır olduğu”, “ərazidə hər bir hərəkətin izlənildiyi” vurğulanıb.

1ab189d9 e788 4d40 bb95 a6677b6148a8

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: