SEPAH İsraili hədələdi: “Sarsıdıcı cavab fərqli və gözlənilməz olacaq”

“İranın İsrailə cavabı fərqli və gözlənilməz olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin əməliyyat işləri üzrə müavini, briqada generalı Möhsün Çizari deyib.

O bildirib ki, İran Haniyənin qətlinə zamanı gələndə cavab verəcək.

“İranın sarsıdıcı cavabı fərqli olacaq. İsrail İordan çayının qərb sahilinə hücumda nə qədər israrlı olsa, vəziyyət Təl-Əviv üçün bir o qədər çətinləşəcək. Müqavimət strukturu Qəzzada güclü olaraq qalır və İordan çayının qərb sahilində formalaşır. Bu gün İsrail rejimi İordan çayının qərb sahilində müqavimətin formalaşmaması və güclənməməsi üçün tədbirlər görür. Lakin bu, heç vaxt uğur qazana bilməyəcək”, – deyə SEPAH rəsmisi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az