SEPAH-ın hərbi müşaviri Suriyada həlak oldu

İranın Baş hərbi müşaviri İsrailin Suriyaya endirdiyi hava zərbəsi zamanı həyatını itirib.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, İranın Baş hərbi müşaviri vəzifəsini icra edən Seyid Razi Musəvi Suriya və İran arasında hərbi ittifaqın koordinasiyasına cavabdehlik edib.

Məlumata görə, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralar alıb.

Bundan əvvəl Suriya paytaxtının ətrafındakı Seyidə-Zeynəb bölgəsində partlayış olması barədə məlumat verilmişdi.