sepah 1775461016

SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musavi İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

General bildirib ki, SEPAH bu hücumlara cavab tədbirləri üzərində işləyir və yaxın zamanda adekvat reaksiyanın verilməsi istisna olunmur.

Onun sözlərinə görə, “Hizbullah”a qarşı hər hansı hücum birbaşa İranın təhlükəsizliyinə yönələn addım kimi qiymətləndirilir.

Musəvi vurğulayıb ki, regionda gərginliyin artması daha geniş qarşıdurma riskini yüksəldir və bu prosesin nəticələri təkcə bölgə ilə məhdudlaşmaya bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: