hormuz1

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının blokadasını pozmağa cəhd edən iki konteyner gəmisini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, saxlanılan gəmilər Panama bayrağı altında üzən “MSC FRANCESCA” və Liberiya bayrağı altında üzən “EPAMINONDAS” adlı konteyner gəmiləridir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Hörmüz boğazında İranın hərbi katerləri tərəfindən iki konteyner gəmisinin atəşə tutulduğu barədə məlumat yayılmışdı.

Ehtimal olunur ki, SEPAH tərəfindən ələ keçirilən gəmilər məhz həmin gəmilərdir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: