“İstənilən təcavüz İsrailin məhvini sürətləndirəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
“İsrail və havadarları bilməlidirlər ki, hər hansı təcavüz onların məhv edilməsini sürətləndirəcək”.
İranın Xarici İşlər Nazirliyi də 4 iyul 1982-ci ildə Tehranın Beyrutdakı səfirliyinin hərbi attaşesi Əhməd Motovasselianın, İranın Livandakı müvəqqəti işlər vəkili Möhsün Musəvinin, səfirliyin əməkdaşı Taqi Rastegar Moqaddamın və İran İslam Respublikası Xəbər Agentliyinin (İRNA) fotoqrafı Kazem Axavanın qaçırılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, İsrail İran vətəndaşlarının oğurlanması və girov götürülməsinə görə məsuliyyət daşıyır.
Əliyar Xəlil