250521 D D0477 1001 5

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“General Əbu əl-Qasım Babayan İsrailABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk”, – ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.

Paylaş: