İran ABŞ Prezidenti Donald Trampın ölkənin enerji obyektlərini hədəf almaqla bağlı təhdidlərini həyata keçirəcəyi təqdirdə strateji əhəmiyyətə malik Hörmüz boğazını tamamilə bağlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilir.
Məlumata görə, ABŞ belə bir addım atarsa, İran sərt cavab verəcək və regionda gərginlik daha da artacaq.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Tehrana 48 saat vaxt verərək, Hörmüz boğazını tam açmayacağı təqdirdə İranın enerji obyektlərini yerlə-yeksan edəcəyi ilə hədələyib.
“Bu hücumlar baş verərsə, ABŞ səhmlərinə malik şirkətlər tamamilə məhv ediləcək. Həmçinin ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələrdə yaşıl enerji obyektləri də qanuni hədəf hesab olunacaq”, – SEPAH-ın bəyanatında deyilir.
Aysel Əliyeva
Globalinfo.az