İranın Gilan vilayətində yerləşən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qərargahında güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.
Məlumata görə, ABŞ Zibakənar bölgəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qərargahına raket zərbəsi endirib.
Hadisənin nəticələri, eləcə də mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az