İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirdiyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb.
SEPAH bildirib ki, raket hücumu nəticəsində ABŞ-a məxsus bir hava hücumundan müdafiə (HHM) radar sistemi və anqarda yerləşən bir F-15 döyüş təyyarəsi məhv edilib.
İyulun 20-də İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin krallığa doğru istiqamətlənən üç İran raketini zərərsizləşdirdiyini açıqlayıb. Həmin gün SEPAH Akaba şəhərinin hava limanında yerləşən ABŞ təyyarələrinə də zərbə endirdiyini bəyan edib.
Bundan əvvəl “CBS News” Pentaqondakı mənbəyə istinadən xəbər vermişdi ki, İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində təxminən 100 amerikalı hərbçi yaralanıb.
Əliyar Xəlil
Globalinfo.az