2022-ci il ölkədə həm də kadr islahatları baxımından məhsuldar il kimi yadda qaldı. Bir çox məmur, eyni zamanda tanınan sima vəzifədən uzaqlaşdırıldı.

Bu ilin ilk aylarından başlayaraq ciddi kadr dəyişikliyi olacağı haqda məlumatlar yayılmışdı. İranda səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra bu mövzular arxa plana keçib.

Bəzi iddialara görə bu terror həm də Azərbaycanda islahatların qarşısını almaq istəyən qüvvələrin məkrli planlarıdır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur, əsaslıdır?

1528546167 pas

Elman Nəsirov

Globalinfo.az-a danışan YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, İranda səfirliyimizə qarşı həyata keçirilən terakt ölkəmizin dinamik inkişafının əleyhinə, habelə daxili sabitliyin pozulmasına hesablanan addımdır:

“2003-cü ildə Azərbaycan xalqının  böyük etimadını qazanaraq prezident seçilən İlham Əliyev geridə qoyduğumuz 19 il ərzində hər zaman islahatlar kursuna sadiq qalıb. Hazırda elə sahə yoxdur ki, orada islahatlar getməsin. Hakim komandaya xeyli gənc simalar cəlb edilib. Onların əksəriyyəti bilikli, savadlı, milli-mənəvi dəyərlərə sahib gənclərdir.

İrandakı terror aktının islahatlara təsiri barədə isə deyə bilərəm ki, bu məqsədyönlü şəkildə edilə bilər. Ölkə başçısının da dediyi kimi, Azərbaycan dövlətçiliyinə daxildə heç bir təhdid yoxdur. Təhdid ölkə xaricindədir.

İranda belə təhdidlərdəndir. İstənilən halda İranın atdığı addımlar həm də ölkəmizin inkişafını təmin edəcək islahatlara yönəlib. Bu, inkişafın qarşısını almaq, xalqın hakimiyyətə güvənini sarsıtmaq, xalqı itaətsizliyə sövq etmək məqsədi güdür. Lakin İranın atdığı heç bir addım nəticə verməyəcək. Azərbaycan xalqı öz prezidentinə güvənir, inanır“.

1652516710 1396837

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, İran agentura şəbəkəsinin kökləri hakimiyyət daxilinə qədər uzanır:

“Səfirliyimizə edilən terror aktı əlbəttə ki, hamımızı dərindən sarsıtdı. Bununla belə, bu, gözlənilirdi. Çünki Azərbaycan hakimiyyətinin daxilində İranla bağlı şəxslər çoxdur. Misal üçün, parlamentin 30-40 faizi İranın agentura şəbəkəsinin təsirindədir. Bu reallıqlar insanı dəhşətə gətirir.

Hesab edirəm, Azərbaycan hakimiyyəti daxilində səfirliyimizə edilən hücumdan məmnun olan qüvvələr var. Hansı ki, bu şəxslər prosesdən vaxt udub etdikləri günahların, səhvlərin, xəyanətlərin ölkə başçısı tərəfindən unudulacağını gözləyirlər.

Ölkəni talayıb xarici banklarda milyonları olan bu şəxslər az qala hər gün prezidentə xəyanət edir. Onun tapşırıqlarını sabotaj etməklə məşğuldurlar.

Bununla belə baş verən hadisənin kadr islahatlarına təsiri olacağını düşünmürəm. Bu proses davam edir və etməlidir. Hesab edirəm, bu gün hakimiyyət daxilində elə insanlar var ki, onlar mütləq həbs edilməlidirlər”.

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda islahatların keçirilməsi bir sıra sahələrdə bir reallığı ortaya qoydu ki, bu islahatlar bir-biri ilə kompleks və əlaqəli şəkildə keçirilməlidir:

“Baxın, məhkəmə hüquq islahatalarına 3 il öncə start verildi, lakin faktiki olaraq ədalət mühakiməsində ciddi təsir olmadı. Az ağır cəzaların tətbiq olunması, alternativ cəza tədbirləri öz əksini tapmadı.

İqtisadi sahədə də islahatların dərinə işləməsinə şahidlik edə bilmirik. Məsələn, sahibkarların fəaliyyətinin yoxlanılmaması ilə bağlı prezident qəti tapşırıqlar verdi, bununla bağlı qərarlar qəbul olundu, amma sahibkarların vəziyyəti düzəlmək yerinə, daha da pisləşir. Özəlləşmə çekləri məsələsi də qalmaqdadır.

İqtisadi həyatın stimullaşdırılması istiqamətində addımlar atılır, ancaq  ciddi nəticə yoxdur.

Bunlar hamısını iqtisadi islahatların bilavasitə cəmiyyətlə müzakirə olunaraq  icrasını ortaya qoyur. Bizdə cəmiyyət bu proseslərdən kənardadır. Elə etməliyik ki, islahatlar bütün cəmiyyət tərəfindən qəbul edilsin. İslahat deyilən prosesdə hamı iştirak etməlidir”.

F.Mustafa deyib ki, Tehranda səfirliyimizə edilən hücum isə tamamilə başqa məsələdir:

“Hadisə daxildə hansısa islahatı əngəlləmək üçün törədilməyib. Bu, beynəlxalq səviyyədə Qərb dairələrinin hücumlarının İran tərəfindən təkrarlanmasıdır. İran Fransanın nökəri rolunda çıxış edir. Belə bir vəziyyətdə bunun islahatlara aidiyyəti yoxdur“.

Turan Rzayev

Globalinfo.az

Paylaş: