“Donald Trampla kifayət qədər səmimi telefon danışığım oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Cənab Trampa minnətdaram. O, Serbiya haqqında çox şey bilir. Ümid edirəm ki, ölkəmizi ziyarət edəcək. Çünki Serbiya onun seçilməsinə Avropada ən çox dəstək verən ölkə idi”, – Vuçiç bildirib.
Serbiya prezidenti həmçinin ABŞ-la bundan sonra çox yaxşı əməkdaşlıq edə biləcəklərini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az