“ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişlə tanış oldum. Belə nəticəyə gəlmək olar ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda ölkənin KTMT-dən çıxdığını elan edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan deyib.
O, İrəvanın verdiyi qərarların ermənilər üçün ağrılı nəticələrinin olacağını bildirib:
“Rusiya da açıq şəkildə bəyan etdi ki, Ermənistan eyni zamanda həm Avropa ittifaqı, həm də Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz. Nikol Paşinyan növbəti dəfə ölkəni fəlakətə sürükləyəcək addımlar atır. Dövlətlər verilən qərarların nəticəsini hərtərəfli hesabladıqdan sonra hərəkətə keçməlidir. İrəvan hökuməti başqa dövlətin maraqlarından irəli gələn qərarlar verir”.
Əliyar Xəlil
Globalinfo.az