Şahramanyandan ŞOK: “Bakı ilə əlaqə saxladım, dedilər ki…”

“Ermənistan hakimiyyəti hansı sənədi imzalayacağımızdan xəbərdar idi, onlarla müzakirə aparmışdıq”.

Globalinfo.az xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş sondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.

Şahramanyan qondarma rejimin buraxılması ilə bağlı sənədi imzalamasından danışıb:

“Hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara başlamalı oldum. Bakının səlahiyyətli şəxsləri ilə əlaqə yaratdım. Danışıqlardan sonra biz müvafiq sənədi qəbul etdik. Silahları təhvil vermək, silahlı qüvvələrin buraxılması, Yevlaxda görüş kimi məsələlər burada yer almışdı. Biz orada silahlarımızı və ağır texnikaları çıxara bilməzdik. Laçında buraxılış məntəqəsi yaradıldığı gündən etibarən onsuz da bu mümkünsüz idi. Ona görə təhvil verdik, hamısı məhv ediləcək. Ermənistan Respublikasının Silahlı Qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi. Lakin Azərbaycanın tələbi ilə bunu da qəbul etdik”.

Ayşən Mustafa
Globalinfo.az