sahil babayev kimdir 780x470 1

“Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentin sabiq rəisi Elvin Hacıyevə yeni vəzifə verilib. 

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, maliyyə naziri Sahil Babayevin müaviq əmri ilə Elvin Hacıyev Maliyyə Nazirliyində Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Nazir bu barədə əmri bir neçə gün əvvəl imzalayıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentin rəisi vəzifəsindən azad edilib. Lerik rayonundan anadan olan Elvin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Mühasibat uçotu, təşkilatlar və institutlar ixtisası üzrə magistr təhsili alıb.

O, Auditorlar Palatasında müxtəlif vəzifələrdə, İqtisadiyyat Nazirliyində, Hesablama Palatasında və Azərbaycan İnvestisiya Holdinqində çalışıb.

ba7f8eafe28f93f45e5aaf00ecf1d189 05af845c 6d38 47ed b17f 4d56022e81d4

Elvin Hacıyev

Paylaş: