Sahibsiz itlərlə mübarizə gücləndiriləcək

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) hazırda sahibsiz itlərlə mübarizə ilə bağlı layihə üzərində işləyir.

Globalinfo.az bildirir ki, bunu Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair “dəyirmi masa”da iştirak edən BŞİH-in rəsmisi Mirtural Mirsultanov deyib.

O qeyd edib ki, sahibsiz itlərin sayı olduqca çoxdur və bununla bağlı bütün müraciətlərə baxırlar. Məsələnin mediada işıqlandırılması da bu baxımdan müsbət hal kimi qiymətləndirilib:

“Hazırda sahibsiz itlər çoxdur. Bu problem təkcə Bakı şəhərini deyil, bölgələri də əhatə edir. Təəssüf ki, bütün sahibsiz itlərlə birdən mübarizə aparmaq mümkün deyil. Amma tezliklə layihəmiz işə düşəcək. Həmin layihənin müsbət nəticələr verəcəyinə inanırıq”.