Banqladeş Prezidenti Məhəmməd Şahabuddin (Çuppu) iyulun 24-də vəzifəsindən vaxtından əvvəl istefa verib.
Globalinfo.az xəbər verir ki, o, istefa qərarı barədə Baş nazir Tariq Rəhmanı məlumatlandırıb.
Konstitusiyaya əsasən, istefa ərizəsi parlament sədrinə təqdim edildikdən sonra qərar rəsmiləşdirilib.
Məlumata görə, siyasətçi səhhəti ilə bağlı problemlərə görə vəzifəsindən istefa verib.
Qeyd edək ki, 76 yaşlı Şahabuddin 2023-cü ildə keçmiş hakim “Avami Liqası” partiyasının namizədi kimi prezident seçilmişdi.
Əliyar Xəlil
Globalinfo.az