Türk aktyor Ali Sunal azərbaycanlı xanımı Nazlı Kurbanzadə ilə bağlı paylaşım edib.
Globalinfo.az Olay-a istinadən xəbər verir ki, Ali həyat yoldaşının ad günü olduğunu bildirib:
“Yaxşı ki, doğuldun, yaxşı ki, anamız oldun, həyatımın şansı, gözəl yol yoldaşım. Səni çox sevirəm, sevirik. Tort üçün üzrlü sayın. Amma bil ki, yer aldığımız məkanda ən yaxşısı idi. Hörümçək adamla doğum günümü qeyd etmədim, deməzsən”.
Sunalla xanımı istirahət üçün getdikləri Parisdə qızları ilə ad günü qeyd ediblər.
Yeri gəlmişkən, cütlüyün iki qız övladı var.
Qeyd edək ki, Ali Sunal “Şaban” obrazı ilə məşhurlaşan mərhum aktyor Kemal Sunalın oğludur.