Makron gedəcək, Ermənistan unudulacaq – Lukaşenko

lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistanın apardığı xarici siyasi kursa toxunub.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, o bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir:

“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, – o deyib.