saak 1

“Saakaşvilinin videosu onun razılığı olmadan paylaşılıb”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.

Vəkilin sözlərinə görə, ötən gün eks-prezidentin şəxsi məlumatlarını ictimailəşdirdiyinə görə, Penitensiar Xidmətə qarşı şikayət ediləcək.

Qeyd edək ki, ötən gün Penitensiar Xidmət eks-prezident Mixeil Saakşvilinin müxtəlif vaxtlarda qeydə alınan video görüntülərini ictimaiyyətə təqdim edib. Kadrlar 9 avqust, 4 oktyabr, 6 oktyabr və 12 dekabr tarixlərinə aiddir.

Paylaş: