606d5e0 photo 5219900976234887979

Rusiya hərbçiləri Xersonun Ostrov mikrorayonunu şəhərin digər nöqtələri ilə birləşdirən körpüyə bomba atıblar.

Globalinfo.az xəbər verir ki, Xerson vilayətinin hərbi idarəsi rusların Korabel mikrorayonuna gedən körpüyə hücumunu təsdiqləyib.

İki kasetli aviabombanın (CAB) atıldığı bildirilir. Nəticədə 3 fərdi yaşayış evinə və çoxmərtəbəli  binaya ziyan dəyib. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

İlkin məlumatlara görə, yolun hərəkət hissəsində böyük dəlik yaransa da, körpü tam yararsız hala düşməyib.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: