Rusiyanın Ukraynanın Çaplino qəsəbəsinə raket zərbələri zamanı ölənlərin sayı 25-ə çatıb

Ukraynanın Dneprpetrovsk vilayətinin Çaplino qəsəbəsinə Rusiyanın raket zərbələri zamanı ölənlərin sayı 25-ə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müavini Kiril Timoşenko açıqlama verib.

O, qəsəbənin yaşayış binalarına və dəmir yolu stansiyasına zərbələr zamanı ölənlərdən 2 nəfərin uşaq olduğunu söyləyib.

Hücum zamanı ümumilikdə, 31 nəfər xəsarət alıb. Ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.