“Yeni “Burevestnik”, “Sarmat” və “Poseidon” raketlərimiz dövrü qabaqlayan unikal sistemlərdir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, yeni strateji silahların hazırlanması fundamental mühəndislik həlləri tələb edir.
Medvedev qeyd edib ki, Rusiyanın bunun üçün lazımi elmi və sənaye bazası var:
“Əlbəttə ki, bu barədə məlumatların çoxu məxfi saxlanılır, lakin nəticələri hamı görür.
Bunun əyani sübutu “Burevestnik”, “Sarmat” və “Poseydon” kimi qabaqcıl strateji silahlardır”.
Əliyar Xəlil
Globalinfo.az