“Moskva “Yeni il” hücumları üçün aylardır raket toplayıb”.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Denis Popoviç fikir səsləndirib.
O bildirib ki, rus işğalçıları uzun müddətdir ki, raket toplayıblar. Payızda və qışın əvvəlində yalnız “Şahed” raketləri ilə zərbələr endiriblər. Yəni kütləvi raket hücumları olmayıb. Amma bu vaxt ərzində ruslar raket ehtiyatı toplamağa çalışıblar:
“Ruslar bir neçə ay ərzində Ukraynanı atəşə tutmadan raket ehtiyatı toplayıblar. İndi isə ölkəni hücuma məruz qoymağa başlayıblar. Ruslar çox güman ki, ballistik “İskəndər”lərə və ya aeroballistik “Kinjal” raketlərinə arxalanacaqlar. Düşünürəm ki, onlar ballistik və aeroballistik raketlərdən istifadə edərək özləri üçün seçdikləri hədəfləri mümkün qədər tez məhv etməyə çalışacaqlar”, – deyə Popoviç fikirlərini tamamlayıb.
Xatırladaq ki, bu gün Rusiya Ukrayna ərazisinə 60-dan çox “Kinjal” raketi atıb. Zərbələr nəticəsində xeyli sayda insan həyatını itirib.
Əliyar Xəlil,