Rusiya və Azərbaycan bütün Cənubi Qafqaz üçün vacib olan birgə iqtisadi layihələrdə maraqlıdırlar.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) eksperti Milan Lazoviç öz şərhində bildirib.
“Rusiya ilə Azərbaycan arasında sabit münasibətlər bütün regional dinamika və Cənubi Qafqazda iqtisadi əlaqələr üçün vacibdir”, – o vurğulayıb.
Milan Lazoviçin sözlərinə görə, belə layihələr arasında Azərbaycan ərazisindən keçən və Rusiya ilə Hindistanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi fərqlənir. Hazırda iki ölkə arasında münasibətlərdə emosiyalar üstünlük təşkil edir, lakin gələcək əməkdaşlığa ümid etmək olar, deyə ekspert yekunlaşdırıb.
Qeyd edək ki, Milan Lazoviç diplomatik qalmaqalın iki ölkə arasındakı münasibətlərə təsirini proqnozlaşdırmışdı. Onun fikrincə, gələcəkdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa bir çox amillər səbəb olacaq.
Tahir Turan
Globalinfo