Krım körpüsündə hərəkət bərpa olundu

Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.

Globalinfo.az bildirir ki, “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu yarımadanın rəhbəri Sergey Aksenov bildirib.

O deyib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilərlər.

Xatırladaq ki, bu gün Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.