Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüş barədə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini “INSIDER UA Ukraine News” teleqram kanalında yayımlanıb. Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında istənilən vaxt Putinlə görüşməyə hazır olduğunu bildirib.
“Mən istənilən vaxt Putinlə görüşməyə hazıram. Gülmək də, gülməmək də, bir-birinizdən nifrət etmək də, düşmənlər də — hər şey aydındır. Müharibəni bitirmək istəyirsiniz? Oturun və danışın”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenski münaqişənin qış başlamazdan əvvəl başa çatacağına ümid etdiyini açıqlamış və bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyinə ümid etdiyini vurğulamışdı.
Tahir Turan
Globalinfo.az