Araqci 1

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.

Globalinfo.az xəbər verir ki, orada olduğu müddətdə Əraqçi ABŞ hökumətindən mühafizə istəyib.

İranın BMT yanında nümayəndəliyi sentyabrın 18-də ABŞ Dövlət Departamentinə diplomatik nota göndərərək Əraqçinin təhlükəsizliyinin təmin olunmasını xahiş edib.

Təhlükə qiymətləndirilməsindən sonra Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti İran XİN rəhbərinə mühafizə ayrılmasına razılıq verib.

Əraqçi sentyabrın 21-də Nyu-Yorka gəlib və İran nümayəndə heyətinə rəhbərlik edir.

Qeyd edək ki, ABŞ daha əvvəl İranın əsas nümayəndə heyətinin, o cümlədən Prezident Məsud Pezeşkian və Abbas Əraqçinin ölkəyə girişinə icazə verib.

Bununla yanaşı, nümayəndə heyətinin Nyu-York daxilində hərəkətinə məhdudiyyətlər tətbiq olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: