sepah 1

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İran qüvvələri arasında döyüşlərin Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzində davam etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İİKK məlumat yayıb. Belə ki, qarşıdurmalar zamanı hər iki tərəf itki verir. Korpus həmçinin Hörmüz boğazının bağlı olaraq qaldığını və ABŞ tərəfindən təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı açıqlamaların həqiqətə uyğun olmadığını iddia edib.

İİKK İran qüvvələrinin silah və sursat çatışmazlığı yaşamadığını da bildirib. Korpusun iddiasına görə, ABŞ qüvvələrinin raketdən müdafiə imkanları üçün nəzərdə tutulan ehtiyatları tükənmək üzrədir.

Tahir Turan
Globalinfo.az

Paylaş: