ukrayna rusiya 900x506 2

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı RusiyaUkrayna müharibəsinin başa çatdırılmasının xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.

Globalinfo.az-ın xəbərinə görə, Tramp bildirib ki, bir neçə ildir davam edən münaqişəyə baxmayaraq, ABŞ diplomatik səylərini davam etdirir və danışıqlar prosesini konkret nəticə ilə yekunlaşdırmaq niyyətindədir.

ABŞ Prezidenti döyüşlərin dayandırılmasının və müharibəyə son qoyacaq razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıb.

“Biz RusiyaUkrayna liderləri ilə çox sıx əməkdaşlıq edirik”, – deyə Tramp bildirib.

O, münaqişənin nizamlanmasının bir çoxlarının düşündüyündən daha tez baş verəcəyini də qeyd edib.

Tramp çıxışında Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” adlandırdığı tədbirlərlə bağlı qanunu imzaladığını da açıqlayıb. ABŞ Prezidenti sanksiyaların tətbiqinin Ukraynadakı vəziyyətdən asılı olacağını və zəruri hesab etdiyi halda bu tədbirlərdən yararlanacağını diqqətə çatdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: